Bu gün Vətən müharibəsi şəhidi Mirsəfa Rzayevin mövlud günüdür. Bu haqda 9 fevral tarixində Sumqayıt24 xəbər verir.
Mirsəfa Mircəlil oğlu Rzayev 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Rzayev Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Bakı Limanının Dəniz xidmətləri departamenti və Dispetçer xidmətində Bərə terminalı üzrə dispetçer vəzifəsində çalışıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan əsgər Mirsəfa bir çox uğurlu döyüşün iştirakçısı olub. Rzayev 26 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə raket zərbəsi nəticəsində aldığı ağır kəllə-beyin yarasından şəhid olub.
Qəhrəmanımız ölumundən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.