top
Bu gün ulu öndərin doğum günüdür
09 may 2024, 13:05
- ↺ +

Bu gün ulu öndərin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1957-ci ildə isə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1944-cü ilin may ayında Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb. 1967-ci ildə (44 yaşında) o, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin il ona general-mayor rütbəsi verilib. 1969-cu ildə general-mayor Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.1982-ci ilin dekabrında Heydər Əliyev Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunun üzvü seçilib və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1987-ci ilin oktyabrında, Mixail Qorbaçovun apardığı siyasətə etiraz edərək tutduğu vəzifələrdən istefa verib.

1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və o, Bakıya dəvət edilib. Həmin il iyunun 24-dən o, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. Heydər Əliyev iki dəfə – 1993-cü və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü ildə keçirilən prezident seçkilərində ulu öndər səhhətində yaranmış problemlərə görə öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

12 dekabr 2003-cü ildə ümummilli lider Heydər Əliyev ABŞ-da, Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan KP-nin birinci katibi kimi Heydər Əliyevin Sumqayıta ilk gəlişi 1969-cu ilin oktyabrında baş tutub. Ulu öndər Sumqayıtda yeni istehsal sahələrinin yaradılması üçün əməli fəaliyyət göstərirdi. Məhz onun təşəbbüsü və köməkliyi ilə Sumqayıtda yüngül sənaye müəssisələri tikildi, üst trikotaj fabrikinin bünövrəsi qoyuldu, Sumqayıtda dəmir yolu vağzalı tikilib istifadəyə verildi.

2016-cı ildə Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışı baş tutub. Mərkəzdə ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Binanın foyesində isə ümummilli liderin büstü ucaldılıb.

Son xəbərlər

İdman
Bu gün, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Bu gün, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Bu gün, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Bu gün, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Bu gün, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Oxşar xəbərlər