Sumqayıtda zəncirvari qəzanın görüntüləri yayılıb. Sumqayıt24 bu haqda 25 iyun tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə bir neçə gün əvvəl Cəfər Cabbarlı küçəsində baş verib. Belə ki, yolayrıcına daxil olan avtomobilin sürücüsü sağ tərəfdən gələn “Hyundai”a yol vermir. Nəticədə nəqliyyat vasitələri toqquşur. Zərbənin təsirindən “Hyundai” aşır və yol kənarındakı 4 avtomobilə çarpılır. Birinci maşın isə qarşıdan gələn digər “Opel”lə toqquşur.
Qəza zamanı xəsarət alan olmayıb.
[video width="1280" height="720" mp4="https://sumqayit24.az/storage/photos/2024/06/whges.mp4"][/video]