Sumqayıtda ağaclar aşa bilər. Sumqayıt24 bu haqda 8 fevral tarixində xəbər verir.
26-cı məhəllə sakinləri bir neçə il öncə 2/45-ci binanın önündə sıra ilə şam ağacları əkiblər. Onların sözlərinə görə, yanvar ayında yağan güclü qar ağacların üzərinə yığılıb və nəticədə bitkilər əyilib.
“Cavan ağaclardır, qırıla bilər, heyifdir. Yaşıllaşdırma İdarəsindən xahiş edirik ki, tədbir görsünlər, aşmasına imkan verməsinlər”,-deyə sakinlər narahatlıqlarını bildiriblər. [modula id="49690"]