Sumqayıtda avtomobil işıqfora çarpılıb. Sumqayıt24 bu haqda 2 noyabr tarixində xəbər verir.
Hadisə noyabrın 1-də axşam saatlarında Çerkassı küçəsində qeydə alınıb. Daxil olan məlumata əsasən, “Mercedes” markalı minik avtomobili önündə gedən “Kia”nı vurub. Nəticədə sonuncu hərəkət nizamlayıcısına dəyib.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə, əsasən də “Kia”ya ziyan dəyib.