Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verib. Bu haqda 19 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Sızma Bakı-Sumqayıt yolunun 27-ci kilometrində qeydə alınıb. FHN-in müvafiq mütəxəssisləri əraziyə cəlb olunublar, aidiyyəti qurumlar məlumatlandırılıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.