Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb. Bu haqda 27 iyun tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.