Çindən olan nümayəndə heyəti Sumqayıta səfər edib. Sumqayıt24 bu haqda 10 may tarixində xəbər verir.
Şaansi vilayətinin 25 nümayəndəsini Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qarşılayıb. Qonaqlar öncə mərkəzlə tanış olublar. Sonra isə tədbir “dəyirmi masa”ya keçib.
Qeyd edək ki, nümayəndə heyətinə Sun Daquanq rəhbərlik edib.