Coratda 1 nəfər batma təhlükəsi ilə üzləşib. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə “Corat” sularda xilasetmə məntəqələrinin ərazisində qeydə alınıb. Çimərkən batma təhlükəsi ilə üzləşən şəxs FHN-in əməkdaşları tərəfindən xilas olunub.