Corat qəsəbəsində avtomobil yanıb. Sumqayıt24 bu haqda 13 fevral tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə 11 fevral günorta saatlarında baş verib. İddialara əsasən, “Opel” markalı maşında qısaqapanma olub. Onun ön tərəfində başlayan yanğın qısa zamanda digər hissələrinə də keçib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb.
Qeyd edək ki, olay vaxtı avtomobildə insan olmayıb.