Corat qəsəbəsində partlayış olub. Sumqayıt24 bu haqda 13 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə fərdi yaşayış evində qaz sızması nəticəsində baş verib. Partlayışda Sumqayıt şəhər sakini, 18 yaşlı İsmayıl Əlizadə yanıq xəsarətləri alıb.
Araşdırma aparılır.