Sumqayıtda ölümlə nəticələnən qəza olub. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Hadisə bu gün günorta saatlarında baş verib. Heydər Əliyev parkının yanında Sənan Yaqubovun idarə etdiyi "Lada Priora” markalı avtomobil velosiped sürən 74 yaşlı Həmid Cəfərovu vurub. Kişi yerindəcə keçinib. Əraziyə polis əməkdaşları cəlb olunublar.