Sumqayıtda dəmirçi sexində yanğın baş verib. Bu haqda 23 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 100 kv.m olan sexin içərisində 1 ədəd divan və 1 ədəd masa yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.