Sumqayıt Heydər Əliyev Mərkəzində debat yarışı keçiriləcək. Bu haqda 24 fevral tarixində Sumqayıt24 xəbər verir.
"ReNewEra" adlı tədbir martın 2-də saat 12:00-da baş tutacaq. Debatın mövzuları "Dayanıqlı inkişaf məqsədləri", "Alternativ enerji" və "İqtisadiyyatda alternativ enerji" olacaq.
Yarış GİKM-in Abşeron-Xızı regional nümayəndəliyi və "Sağlam Düşüncə Gənclər Təşkilatı"nın təşkilatçılığı ilə həyata keçiriləcək. Diskussiyanı izləmək istəyən hər kəs dəvət olunur.