Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirib. Bu haqda 29 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə şəhər icra başçısının 1-ci müavini Teymur Səmədov iştirak edib. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Deputat sakinləri narahat edən məsələlərin həlli üçün müvafiq tədbirlər görüləcəyini bildirib.