Millət vəkili Hicran Hüseynova qəbul keçirib. Sumqayıt24 bu haqda 24 oktyabr tarixində xəbər verir.
YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında deputat çalışqan şagird Səkinə ilə görüşüb. 9-cu sinif şagirdi olan Səkinə lV ixtisas qrupu üzrə hazırlaşmaq istədiyini bildirib. Lakin əlavə dərs vəsaitlərinin olmaması təhsil həyatının inkişafına təsir edir.
Hicran Hüseynova məsələni nəzarətə götürüb və lazımi dərs vəsaitləri – kimya, biologiya, coğrafiya, Azərbəycan dili test toplusu, Azərbaycan dili dərs vəsaiti, ingilis dili və s. bu gün ona təqdim olunub.