Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, partiya fəalı Nasir Rzayev H.Z. Tağıyev qəsəbəsində partiya fəalları və sakinlərlə görüşüblər. Sumqayıt24 bu haqda 27 sentyabr tarixində xəbər verir.
Təşkilatın sədri Ramiz Hüseynov və deputat Müşfiq Məmmədli VII Qurultayda qəbul edilən qərarlar, struktur dəyişikliklərindən danışıb. Partiyanın yeni qəbul edilən Nizamnaməsi və rayon təşkilatlarının əsasnamələrindən söz açılıb.
Görüşdə bir sıra məsələlərə toxunulub, lazımi qeydlər aparılıb. Partiya fəalları və sakinlər suallar və təkliflər veriblər.