Bu gün Vətən müharibəsi şəhidi Elçin Cəbrayılovun mövlududur.
Elçin Surxay oğlu Cəbrayılov 10 yanvar 1982-ci ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Cəbrayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanımız oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb.
Cəbrayılov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.