Sumqayıt-Pirşağı-Bakı qatarı qrafikdən qismən kənara çıxıb. Sumqayıt24 bu barədə 26 yanvar tarixində "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Ekspres sərnişin qatarı saat 07:45-də hərəkətə başlamalı idi. Lakin texniki səbəbə görə qatar qrafikdən çıxıb və saat 8:20-də yola çıxıb.
Məlumata görə, sərnişinlər digər qatarlara yönləndiriliblər. Ekspres qatar istisna olmaqla, digər sərnişin qatarları qrafik üzrə hərəkətini davam etdirir.