Nazirlər Kabineti “Elektrik gücü çatmadıqda sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nı təsdiqləyib. Sumqayıt24 bu haqda 4 may tarixində xəbər verir.
Elektrik gücü çatmadıqda sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısında Sumqayıta aid aşağıdakı obyektlər də var:
– Sumqayıt telekommunikasiya qovşaqlarının inzibati və texnoloji binaları;
– Telekommunikasiya şəbəkələri;
– Telekommunikasiya operator və provayderlərinin telekommunikasiya vasitələri və qurğuları;
– Radio-televiziya yayımı stansiyaları.