“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin sabiq rəhbərinə yeni vəzifə verilib. Bu haqda 2 fevral tarixində Sumqayıt24 Banker.az-a istinadən məlumat verir.
Təyinata əsasən, Elşad Nuriyev “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edəcək.
E. Nuriyev həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədridir.
O, bundan öncə “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə yanaşı, “BP Azərbaycan”da, “Azpetrol”da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.