Sumqayıtda “Xəzərin sahilində” layihəsinə start verilib. Bu haqda 14 avqust tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Layihə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bulvar ərazisində konsert proqramı və gənc rəssamların plenerləri təşkil olunub. Konsertdə “Endorfin” rok qrupu rəngarəng musiqi nömrələri ilə çıxış edib.
Sumqayıtlı rəssamlar musiqi sədaları altında təcrübə mübadiləsi edərək, rəsm əsərlərini çəkməyə davam ediblər.
Qeyd edək ki, layihə 3 sentyabra qədər davam edəcək.