Türkiyəyə yardım məqsədilə yorğan, döşək və digər əşyaları köhnə qırmızı avtomobilində daşıyan Sərvər Bəşirli mükafatlandırılıb. Bu haqda 23 may tarixində Sumqayıt24 xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki dəhşətli zəlzələdən zərər çəkənlərə humanitar yardım aparan Ceyranbatan qəsəbə sakini Sərvər Bəşirliyə “Sədaqət Mükafatı” (Vəfa Ödülü) təqdim edib.
Qeyd edək ki, həmvətənimiz bu il Türkiyənin “Sədaqət Mükafatı”na layiq görülən iki əcnəbidən biri olub.