top
Əsərləri beynəlxalq sərgilərə çıxarılan sənətkar Ellada Həsənovanın müsahibəsi
07 fevral 2024, 03:32
- ↺ +

Əsərləri beynəlxalq sərgilərə çıxarılan sənətkar Ellada Həsənovanın müsahibəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda dünyaya gələn Ellada Həsənova dekorativ tətbiqi sənət və rəssamlıq yaradıcılığı ilə məşğul olur. Sumqayıt24 bu haqda 7 fevral tarixində Azərtac-a istinadən xəbər verir.

O, incəsənətə uşaqlıqdan həvəs göstərib. Bu maraq onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib. E. Həsənova Bədii qrafika fakültəsini bitirib, bir sıra dövlət qurumlarında çalışıb, hazırda isə Sumqayıt Dövlət Rəsm Qalereyasının rəhbəridir.

Həsənova incəsənətin sirlərini tanınmış heykəltaraş, Əməkdar incəsənət xadimi, professor İbrahim Zeynalovdan mənimsəyib. Sonra isə bilik və təcrübəsini, əməyini gənc rəssamların üzə çıxarılmasına, yeni layihələrin reallaşdırılmasına sərf edib.

O, verdiyi müsahibədə bildirib ki, işlədiyi yerdən, tutduğu vəzifədən asılı olmayaraq, boş vaxtını yaradıcılığa həsr edir, ailəsi ilə birlikdə ölkəmizin füsunkar təbiətini qarış-qarış gəzir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan xanım təsviri incəsənətin dekorativ tətbiqi sənət və boyakarlıq növü ilə məşğul olur, əsərlərində milli-mənəvi dəyərlərin və adət-ənənələrimizin təbliğinə önəm verir. Onun yaratdığı rəngarəng, milli-dekorativ xarakterli təsvirlər, klassik tonlarda, ovqatda təqdim etdiyi kompozisiyalar, süjetli əsərlər milli kolorit baxımından diqqəti cəlb edir.

Ellada Həsənovanın əsərləri müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilib və böyük maraq doğurub. “Muğam kompozisiyası” adlı əsəri Sankt-Peterburqda Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgidə uğurla iştirak edib. Hazırda həmin əsər Rusiya Etnoqrafiya Muzeyində qorunub saxlanılır.

“Rəssam bir əsər yaratmaq üçün ruhunu, hisslərini, arzularını, ən önəmlisi də zamanını sevə-sevə həmin işə sərf etməlidir. Əl işlərimi fərqli bədii ifadə tərzi, xüsusi harmonik ab-hava ilə daha da zənginləşdirməyə çalışıram. Əl işlərimi qonaqlar suvenir kimi ölkələrinə aparanda ürəyim fərəhlə dolur ki, xaricdə Azərbaycan, onun mədəniyyəti, millətimiz haqqında müsbət fikir formalaşacaq”, – deyə o əlavə edib.

Rəssamlıq və dekorativ tətbiqi sənətlə peşəkar səviyyədə məşğul olan Ellada Həsənova 2018-ci ildən həm də ABAD ilə (Ailə Biznesinə Asan Dəstək) əməkdaşlıq edir.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Oxşar xəbərlər