Sumqayıtda iki nəfər mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 18 yanvar tarixində xəbər verir.
Hadisə dünən axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan məlumat əsasında xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaşlara köməklik göstərilib.