Sumqayıtda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb.
Sumqayit24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə ünvana cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.