“Xilasetmə manqalarının komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursu baş tutub. Bu haqda 1 fevral tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional mərkəzləri tərəfindən keçirilən seminarda qurumun yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Təlimdə kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Sonda kurs iştirakçılarına şəhadətnamələr təqdim olunub.