Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində maarifləndirmə tədbiri keçirilib. Bu haqda 21 fevral tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
“İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” mövzusuna aid tədbirdə ümumtəhsil müəssisələrinin rəhbər şəxsləri, Regional Mərkəzin hərbi qulluqçuları və xilasediciləri iştirak ediblər.
Çıxış edənlər iştirakçılara intiharın mahiyyəti, səbəbləri, intihara cəhd edən insanın davranışı və psixologiyası barədə ətraflı məlumat veriblər. Həmçinin cəmiyyətdə intiharlara münasibət, risk qrupları, intihara cəhd edən insanla ünsiyyət zamanı xüsusi davranış qaydalarından və psixolojı yardımın xüsusiyyətlərindən bəhs edilib.
Məlumatlar fotoslayd və videoçarx formatında təqdim edilib.