Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən nümunəvi mülki müdafiə məşqi keçirilib. Bu haqda 20 may tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” adlı təlim Novxanı kənd 2 nömrəli məktəbində baş tutub.
Məşqin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.
Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar kollektivinin təxliyəsi, odsöndürən balonla “yanğın mənbələrinin söndürülməsi” və digər əməliyyatlar icra olunub.
Sonda əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.