Sumqayıtda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 10 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə xilasetmə qüvvələri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində sakinə müvafiq köməklik göstərilib.