Fövqəladə Hallar Nazirliyi (FHN) təhsil müəssisəsində maarifləndirici tədbir keçirib. Bu haqda 23 yanvar tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
“İdrak” liseyində baş tutan tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri iştirak ediblər.
Seminarda fövqəladə halların təsnifatı, yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, “112” qaynar xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən təlim zamanı suallar ətraflı cavablandırılıb.