Sumqayıtda ümumi çəkisi 3171.54 kq olan müxtəlif növ qida məhsulları məhv edilib. Sumqayıt24 bu haqda Afsa.gov.az-a istinadən xəbər verir.
“Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullarının utilizasiya prosesi “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda aparılıb.