“Zərif mühəndislər” təqaüd proqramının iştirakçıları yeni layihəyə qoşulublar. Sumqayıt24 bu haqda 21 iyun tarixində xəbər verir.
Onlar STP Şirkətlər Qrupu və Sumqayıt Dövlət Universitetinin (SDU) həyata keçirdiyi "Gələcək Mühəndislər" proqramında peşəkarların təcrübəsini öyrənib, yeni nəzəri və praktik biliklərə yiyələniblər.
Qeyd edək ki, “Zərif mühəndislər” Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən təşkil olunub.