Sumqayıtda “Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu” keçirilib. Bu haqda 26 iyun tarixlərində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
300-dən çox gənc müəllimin iştirakı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, tərəfdaş qurumların və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Forum gənc müəllimlərin gələcək fəaliyyət istiqamətlərini, Böyük Qayıdış prosesində rollarını müəyyənləşdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq və Şərqi Zəngəzur regionundan olan müəllimlərin əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə təşkil olunub. Tədbir panel müzakirələrin aparılması ilə yekunlaşıb.