Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ustad dərsi keçirilib. Bu haqda 26 iyun tarixində Sumqayıt24 Mədəniyyət Xəbərlərinə istinadən məlumat verir.
Ustad dərsi keramika ustası, rəssam və heykəltaraş Mir Teymur Məmmədovun İçərişəhərdəki emalatxanasında baş tutub. Gənc rəssamlar keramika ustasının evini ziyarət zamanı emalatxana ilə tanış olub, saxsı qabların hazırlanması, şirə və sobadan istifadə qaydaları ilə tanış olub və maraqlı məlumatlar əldə ediblər.
Diskussiya şəraitində keçən görüş şagirdlər tərəfindən maraqla qarşılanıb.