Sumqayıtda "Mənim peşəm mənim gələcəyimdir" layihəsi çərçivəsində təlim baş tutub. Bu haqda 6 fevral tarixində Sumqayıt24 xəbər verir.
"CV hazırlanması və müsahibəyə hazırlıq" adlı seminar Heydər Əliyev Mərkəzində keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova və 2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin könüllülər üzrə məsul şəxsi Sənan Sadıqov gənclərə işaxtarma prosesində dəstək olmaq üçün CV hazırlanması, müsahibəyə hazırlıq prosesi barədə məlumat veriblər.
Onlar, həmçinin digər praktiki və nəzəri məlumatları da iştirakçılarla bölüşüblər.