H.Z. Tağıyev qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 18 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə günorta radələrində Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. “Hyundai Elantra”, “Chevrolet”, “Opel” və “Hyundai Terracan” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.