Sumqayıt Tibb Mərkəzinin (STM) canlı yayımının qonağı həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru Teymur Əlləzov olacaq. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Facebook səhifəsi üzərindən təşkil olunan yayım 1 fevral saat 14:00-da keçiriləcək. T. Əlləzov abdominal cərrahiyyədə laparoskopik əməliyyatların üstünlüyündən danışacaq. İzləyicilər mövzu ilə bağlı suallarınızı şərh bölməsində yaza bilərsiniz.
Qeyd edək ki, Teymur Əlləzov 4 nömrəli Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiridir.