Sumqayıt Perinatal Mərkəzində məlumatlandırıcı toplantı keçirilib. Bu haqda 20 yanvar tarixində Sumqayıt24 Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Tədbirdə tibb müəssisələrində çalışan ginekoloqlar, o cümlədən genetik mütəxəssislər iştirak ediblər. Toplantı iştirakçılarına fizioloji hamiləliyi olan antenatal qulluq üzrə klinik protokola uyğun olaraq, perinatal skrininq barəsində geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.