Sumqayıtda gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 13 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah, mayın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər qısamüddətli yağış ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzləcək.
Temperatur gecə 10-13, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz isə 55-60% olacaq.