Sumqayıtda gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 19 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, iyunun 19-da havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyini günün ikinci yarısında şimal-şərq küləyi əvəzləyəcək.
Temperatur gecə 21-26, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 35-45% təşkil edəcək.