Sumqayıtda "ECO-Talk" adlı forum keçirilib. Bu haqda 17 may tarixində Sumqayıt24 xəbər verir.
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Ümumilikdə 450 nəfərə yaxın gəncin iştirak etdiyi forum panel müzakirələri və bədii hissələrdən ibarət olub.
Panel müzakirələri çərçivəsində ekologiya, sağlamlıq, sosial və digər mövzularda çıxışlar edilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Forum Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə kollektivinin ifasında müxtəlif musiqi nömrələri ilə davam edib.