Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyi Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak edib. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Təşkilat nümayəndələri öncə şəhid Sərxan Əliyevin məzarını ziyarət ediblər, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra onlar şəhər ərazisində yerləşən mərasim evindəki ildönümü tədbirinə qatılıblar.
Qeyd edək ki, əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan şəhid Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.