Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul keçirib. Sumqayıt24 bu haqda 26 avqust tarixində xəbər verir.
Şəhər rəhbəri 29-cu məhəllədə vətəndaşlarla görüşüb. Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, şəhər sakinləri iştirak ediblər.
Burada sakinlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, kommunal xidmətlər, yol infrastrukturu və digər məsələlər dinlənilib. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.