Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin ziyarət edib. Sumqayıt24 bu haqda 27 sentyabr tarixində xəbər verir.
Zakir Fərəcov şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın evində olub. İcra başçısı, həmçinin Vətən Müharibəsi Qəhrəmanları – Sübhan Cəbrayılov və Ramiz Cəfərovun ailələri ilə görüşüb. Onların qayğıları ilə maraqlanılıb. Şəhidlərimiz üçün ayrılmış guşəyə baxış keçirilib.