Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 27 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri vətəndaşları fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, bəzi müraciətlərin isə araşdırılması məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.