Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov sakinlərlə görüşüb. Bu haqda 24 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Zakir Fərəcov sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.