“Stansiya Sumqayıt” adlanan ərazidə prezident seçkiləri ilə əlaqədar sakinlərlə görüş təşkil olunub. Bu haqda 18 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüş Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində baş tutub.
Yığıncaq zamanı çıxış edən seçicilər Azərbaycanın gələcəyinə, ölkəmizin daha da çiçəklənməsinə və güclənməsinə – qalib xalqın qalib lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.