Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası davam edir. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Prezident seçkiləri ilə əlaqədar təşkil olunan kampaniya çərçivəsində Sumqayıtda yaşayan Qubadlı rayon seçiciləri ilə görüş keçirilib.
Çıxışlarda böyük zəfərlərə doğru inamla və qətiyyətlə irəliləyən və doğma Vətənimizi işıqlı gələcəyə aparan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə daha böyük inkişafı hədəfləyən siyasi kursdan və dövlət idarəçiliyindən danışılıb.