Ə.Bakıxanov adına H.Z. Tağıyev qəsəbə 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi uğur əldə edib. Bu haqda 30 aprel tarixində Sumqayıt24 xəbər verir.
Süleyman Ələsgərovun 100 illik yubileyi münasibətilə milli musiqi alətləri ifaçılarının və xanəndələrin Respublika festival-müsabiqəsi keçirilib. Tədris ocağının şagirdi Adəm Baxışov Fəxri Fərmanla təltif olunub.
Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə baş tutub.